Avropa Komissiyası COVID-19 əleyhinə vaksinin qiymətinin ehtimal olunan artımı barədə rəsmi şəkildə elan edib.
AZƏRTAC xəbər verir ki, bu, ilk növbədə, “Biontech/Pfizer” və “Moderna” şirkətlərinin preparatına aiddir. Brüsseldə təsdiqləyiblər ki, tədarük üçün yeni sazişlər barədə Avropa Komissiyası ilə istehsalçılar arasında aparılan danışıqlarda qiymət artımı açıqlanıb. Bu tələb onunla bağlıdır ki, vaksinlərin koronavirusun yüksək yoluxuculuq qabiliyyətinə malik “delta” variantına uyğunlaşdırılmasına ehtiyac var. Virusların yeni mutasiyasına qarşı vaksinlərin adaptasiyası onların dəyərini təkcə Avropa İttifaqı üçün deyil, həm də bütün istehlakçılar üçün bahalaşdırır.
Xəbər verilir ki, “Biontech/Pfizer” dozasının qiyməti 15,5 avrodan 19,5 avroya, “Moderna” vaksininin isə 19 avrodan 21,5 avroya qalxacaq.
Vaksinlərin qiyməti artır
03
avqust
23:28

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat