Türkiyənin cənubunda iyulun 28-dən başlayaraq davam edən meşə yanğınlarının söndürülməsində bir neçə ölkənin təyyarəsi iştirak edir.
Türkiyənin Meşələr üzrə Baş İdarənin nümayəndəsi Mustafa Özkaya ölkədə meşə yanğınlarının söndürülməsində iştirak edən xarici ölkələrin hava nəqliyyatı növlərinə dair ətraflı məlumat yayıb.
Onun sözlərinə görə, hazırda xarici ölkələrə məxsus ümumi 18 hava nəqliyyatı yanğınların söndürülməsində fəal iştirak edir.
O bildirib ki, Türkiyə ümumilikdə 45 helikopter və 3 təyyarəyə sahibdir.
M.Özkaya əlavə edib ki, hazırda ölkədə olan 18 hava nəqliyyatı növünün 12-si təyyarə, 6-cı isə helikopterdir. O təyyarələrin 10-nun, helikopterlərin isə hamısının ödəniş olmadan gətirildiyini deyib.
“Ölkənin Kənd Təsərrüfatı və Meşə Nazirliyi, XİN və yaxud AFAD vasitəsilə hər hansı beynəlxalq köməklə bağlı çağırış edilməyib. İran 1 təyyarə və 2 helikopter ilə dəstək göstərdi. Azərbaycan 1 helikopter və 53 maşından ibarət dəstə ilə hazırda yanğın bölgəsinə çatmaq üzrədir. Ukraynadan 3 təyyarə, Rusiyadan 5 təyyarə və 3 helikopter gəldi.
Mustafa Özkaya “Mülki Müdafiə Mexanizmi”nin aktivləşdirilməsi məsələsinə toxunaraq qeyd edib ki, Aİ ölkələrindən göndərilməli olan təyyarələr dəstək deyil, Türkiyənin haqqıdır.
O AFAD-ın bu mexanizmə üzv olduğunu və illik vəsait ödədiyini vurğulayıb.
Özkaya Xorvatiya, İspaniya, Fransa və Rumıniyadan da təklif gəldiyini deyib. Lakin Rumıniya təyyarəsi Türkiyənin şərtlərini qarşılamadığından, Fransanın təyyarəsi isə amfibiya olmadığından bu iki ölkənin təyyarəsinə ehtiyac duyulmayıb.
Bununla yanaşı, Xorvatiyadan 1, İspaniyadan isə 2 təyyarə Türkiyəyə çatıb.
Türkiyəyə yanğınla bağlı neçə ölkə kömək edib?
03
avqust
21:08

Qarabağ
KOMMENTLƏR
Türkiyədəki yanğını söndürən Azərbaycan helikopterindən VİDEOREPORTAJ
Yardımlı meşəsində YANĞIN - Havaya helikopter qaldırıldı
Türkiyənin daha iki bölgəsində yanğın başladı
Türkiyə alovun cəngində: Ölənlərin sayı 8-ə çatdı
Ərdoğan yanğının söndürülməsində Azərbaycandan cəlb olunan təyyarələrin köməyindən danışdı - VİDEO
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər