Mersində ot bitkilərini alışdıraraq meşə yanğınına səbəb olan şübhəlilərdən biri həbs edilib.

Bu barədə Mersin Baş prokurorluğu məlumat yayıb.

Bildirilib ki, iyulun 31-də hadisəni törətməkdə şübhəli bilinən (K.Ş. və B.K.) 2 şəxs polis tərəfindən saxlanılıb.

İstintaq zamanı onlardan birinin günahı sübuta yetirildiyindən o, həbs edilib, digəri isə məhkəmə nəzarəti altında sərbəst buraxılıb.

Araşdırmalar davam etdirilir.
скачать dle 12.1