“McDonald's” reklam lövhəsindəki çizburgerə görə orucunu açdığını iddia edən dindar rus qadın “fast food” şəbəkəsini məhkəməyə verərək təzminat tələb edib.
Hadisə Sibirin Omsk şəhərində qeydə alındığı bildirilib.
Şikayətçi qadının iddia etdiyi hadisənin 2019-cu ilin aprel ayında, xristianların Pasxasından öncəki dövründə baş verdiyi diqqətə çatdırılıb. 
Nəticə olaraq bu gün şikayətçi Kseniya Ovçinnikova “fast food” şəbəkəsindən 1000 rubl (13,50 dollar) mənəvi təzminat tələb edir.
Bu yaxınlarda bir Moskva sakini də “McDonald's”dan 2 milyon rubl təzminat tələb edib, çünki o, müəssisədə yıxılıb və yaralanıb. Məhkəmə onun iddiasına avqustun 18 -də baxacaq.
скачать dle 12.1