Ermənistan Prezidenti Armen Sarkisyan ölkəsinin İsraildəki səfiri Armen Smbatyanın geri çağırılması haqqında sərəncam imzalayıb.
"Sputnik" xəbər verir ki, bu ilin aprelində Armen Smbatyan barəsində cinayət işi başlanılıb və ona qarşı ittiham irəli sürülüb.
Məlumata görə, səfir vəzifə səlahiyyətlərindən sui-istifadə edərək Ermənistanın keçmiş mədəniyyət və gənclərin işi üzrə naziri Asmik Poqosyanla cinayət əlaqəsinə girməkdə, çirkli pulların yuyulmasında ittiham olunur.
Bildirilib ki, adıçəkilən səfir 20 milyon dram (40 min ABŞ dolları) girov qoyub. Ona görə də hələlik barəsində həbs qətimkan tədbiri seçilməyib.
Qeyd edək ki, bir müddət əvvəl A.Poqosyan barəsində axtarış elan edilib.
Ermənistan bu ölkədəki səfirini geri çağırıb: İttiham edilir
12
avqust
14:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat