Əfqanıstanı tərk edən Prezident Əşrəf Qani, qısa müddət Tacikistanın paytaxtı Düşənbədə qaldıqdan sonra Omana uçub.
Xarici KİV xəbər verir ki, Tacikistan tərəfi Əşrəf Qaninin təyyarəsinin Özbəkistan, Türkmənistan və İran ərazisindən keçməsi üçün bu ölkələrin rəhbərliyi ilə razılığa gəlib.
Qeyd edək ki, avqustun 15-də "Taliban" qruplaşması Əfqanıstanın paytaxtı Kabili döyüşsüz ələ keçirib. Prezident Əşrəf Qani ölkəni tərk etmək məcburiyyətində qalıb.
Hazırda xaos və əhalinin xarixi ölkələrə miqrasiyası hökm sürür. 
скачать dle 12.1