"Taliban"ın Əfqanıstanda nəzarəti ələ keçirməsindən sonra ölkəni tərk edən Əfqanıstan Prezidenti Əşrəf Qaninin  4 maşın dolu pulla qaçdığı iddia edilib. 
Rusiyanın Əfqanıstandakı səfirliyinin əməkdaşları "Sputnik" xəbər agentliyinə bildiriblər ki, "Əşrəf Qani nağd pulla dolu maşınlarla qaçır, amma pulun hamısı təyyarəyə sığmadığı üçün pulun bir hissəsi hava limanında qalıb",- deyə qeyd olunub.  
Bildirək  ki,  ölkəsini tərk edən Əşraf Qani hazırda Tacikistandadır. 


 
скачать dle 12.1