Bu barədə Avropada yaşayan pakistanlı hüquq müdafiəçisi Səlim Cavid öz tvitter səhifəsində paylaşım edib.
Qeyd edək ki, Əbdül Əli Məzari Hazara xalqının nümayəndəsi, Əfqanıstanda partiya başçısı və şiə milislərinin lideri idi. O, 1995-ci ildə “Taliban” tərəfindən öldürülərək helikoptetdən atılmışdı.
Mazari, 2016 -cı ildə Prezident Əşrəf Qani tərəfindən Əfqanıstanın Milli Birliyi uğrunda şəhid elan edilmişdi.
Xatırladaq ki, “Taliban” yaraqlıları 15 avqustda Əfqanıstanın paytaxtı Kabula döyüşsüz daxil oldu və bir neçə saat ərzində ölkədə nəzarəti ələ aldı. Daha sonra Əfqanıstan Prezidenti Əşrəf Qani qan tökülməsinin qarşısını almaq üçün istefa verdiyini və ölkəni tərk etdiyini açıqladı.

