"Azərbaycana 8 il bundan əvvəl Koreya Milli Assambleyasının sədr müavini kimi səfər etmişdim. Bu müddət ərzində Azərbaycanda baş verən dəyişikliklər, sürətli inkişaf məni çox təəccübləndirdi. Həqiqətən böyük uğurlar əldə edilib".
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanda səfərdə olan Koreya Respublikası Milli Assambleyasının sədri Park Byonq-Soq deyib.
O bildirib ki, Azərbaycana səfərinin məqsədi ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi və qarşılıqlı əməkdaşlığın genişləndirilməsi ilə bağlıdır:
"Prezident İlham Əliyevlə görüşümüzdə Koreya və Azərbaycan arasında münasibətlərin inkişaf perspektivlərini müzakirə etdik. Əsas əməkdaşlıq əlaqələrini iqtisadiyyat sahəsində qurmağı planlaşdırırıq. Biz Azərbaycan hökumətinin işğaldan azad edilmiş ərazilərdə apardığı bərpa və quruculuq işlərində, xüsusilə "ağıllı kənd" layihəsində iştirak edəcəyik. Bundan başqa, yeni növ bərpaolunan enerji layihələrində də birgə əməkdaşlığımız olacaq".
Park Byonq-Soq qeyd edib ki, müzakirə olunan mövzulardan biri də Koreya yarımadasının nüvəsizləşdirilməsi və burada sülhün, təhlükəsizliyin təmin olunması ilə bağlıdır.
Park Byonq-Soq Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə də görüşəcəyini və ölkələrimiz arasında parlamentlərarası münasibətlərin müzakirə olunacağını bildirib.
Koreya şirkəti Qarabağda “ağıllı kənd“ tikəcək
19
avqust
14:09

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat