Türkiyənin Afyonkarahisar ərazisində kişi həyat yoldaşını və  2 yaşlı körpəsini silahla qətlə yetirib. Daha sonra isə intihar edib. 
Şuhut rayonunun Dadak kəndində baş verən hadisədə ata bir gün əvvəl 13 və 14 yaşlı oğlanlarını dağa heyvan sürüsünü otarmağı tapşırıb. Gecəni dağda keçirən  yeniyetmə oğlanlar geri qayıtmaq istəyiblər. Belə ki,  günorta saatlarında valideynlərinə telefonla zəng edən 14 yaşlı  B.M. heç kimlə əlaqə saxlaya bilməyib, vəziyyəti bildirmək üçün bu dəfə qonşularına zəng vurub. Evə gedən qonşular qapını açanda qorxunc bir mənzərə ilə qarşılaşıblar.
Əraziyə  jandarma qrupu cəlb olunub. Evdə  45 yaşlı Mehmet M,  36 yaşlı Hanife M. və  2 yaşlı Egemen M.-nın silahla vurulmuş cansız bədənləri  aşkar edilib.  Hər üç cəsəd  tibbi  ekspertizaya göndərilib.  Məlum olub ki, ata Mehmet  13 və  14 yaşlı oğlanlarını  evdən uzaqlaşdırıb.  Və həmin gecəni həyat yoldaşını və oğlunu öldürərək intihar edib. Amma o, intihardan əvvəl  14 səhifəlik məktub yazıb  və külli miqdarda pulu masaya qoyub. 
Ekspertiza rəyindən sonra şəxslər həmin kəndə dəfn olunub.  Dəfn zamanı Mehmet və Hanifenin ailə üzvləri  arasında izdiham yaşanıb.  Belə ki,  Mehmetin qəbri ailəsindən uzaq bir yerdə  salınıb.  
Cinayətin baş vermə  səbəbi araşdırılır. 

 14 səhifə məktub yazıb,ailəsini və  özünü  ÖLDÜRDÜскачать dle 12.1