Bu gün Əfqanıstan ordusunun hərbi maşınlarından ibarət karvan İran ərazisinə keçib.
Bu barədə "Telegram" kanallarından biri məlumat yayıb.
Hərbi texnikanın "Taliban"ın ələ keçməsini istəməyən əfqan hərbçilər Əfqanıstanın cənub-qərbində, İranın Zabol şəhəri yaxınlığındakı Qomşad sərhəd məntəqəsindən İslam Respublikası ərazisinə daxil olublar.
Maşınların çoxu ABŞ istehsalı olan "Humvees"lərdir.
скачать dle 12.1