"Taliban" hərəkatı yenidən Əfqanıstanın yeni hökumətinin tərkibinin elan olunması müddətini təxirə salmaq barədə qərar qəbul edib.
Bu barədə "The Times of India” nəşrinə istinadən xəbər verir.
"Yeni hökumət və Nazirlər Kabineti üzvləri gələn həftə elan ediləcək", - "taliblər”in nümayəndəsi Zabihulla Mücahid bildirib.
Öz növbəsində "Taliban” tərəfindən yaradılmış komitənin üzvü, yeni hökumətin yaradılması haqqında müxtəlif qruplarla danışıqlarda iştirak edən Xalil Xakkani qeyd edib ki, "Taliban" təkbaşına hökumət formalaşdıra bilərdi, amma yalnız hərəkatla sülh münasib olmayacaq. Onun sözlərinə görə, "taliblər” gələcək hökumətdə bütün qrupların və əfqan cəmiyyəti üzvlərinin təmsil olunmasını təmin etməyə çalışırlar.
O, həmçinin deyib ki, yeni hökumətin tərkibində Əfqanıstanın "taliblər”ə dəstək vermiş sabiq baş naziri Gülbəddin Hikmətyar və ölkədən qaçmış keçmiş prezident Əşrəf Qaninin qardaşı təmsil olunacaqlar.
“Taliblər” Əfqanıstanda yeni hökumətin elan olunmasını təxirə salıblar
05
sentyabr
11:03

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat