Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) həftəlik koronavirus hesabatını paylaşıb.
“Haber Global” məlumat verir ki, təşkilatdan ötən həftə dünyada koronavirusa, təxminən, 4 milyon nəfərin yoluxduğu bildirilib.
Qeyd edilir ki, iki aydan çox müddətdə yeni infeksiyaların sayında ilk böyük azalma müşahidə olunub.
Həftəlik ölüm sayı 62 minə enib, ən kəskin azalma isə Cənub-Şərqi Asiyada müşahidə edilir.
Eyni zamanda bildirilir ki, Afrika qitəsində insan tələfatında 7 faiz artım var.
“Delta” variantına 180 ölkədə rast gəlindiyi vurğulanır.
Uşaqlar və gənclər koronavirusdan böyüklərə nisbətən daha az təsirlənməyə davam edirlər.
Xəstəlik səbəbindən 24 yaşınadək insanların ölümü qlobal ölümlərin 0,5 faizindən azını təşkil edir.
ÜST-ün baş direktoru Tedros Adhanom Qebreyesus bu günə qədər dünya miqyasında 5,7 milyard dozada COVID-19 peyvəndi tətbiq edildiyinə diqqət çəkib, bunlardan yalnız 2 % Afrika qitəsinin payına düşür.
Dünyada COVID-19 peyvəndlərinin paylaşılmasındakı bərabərsizliyə reaksiya göstərən Qebreyesus xəbərdarlıq edib ki, belə getsə, virusların peyvəndləri daha az təsirli edən yeni variantları ortaya çıxmağa davam edəcək.
O, epidemiya səbəbindən ölkələrdə sosial və iqtisadi tənəzzülün daha uzun sürə biləcəyinə də diqqət çəkib.
ÜST-dən koronavirusla bağlı ŞAD XƏBƏR
16
sentyabr
18:57

Qarabağ
KOMMENTLƏR
"Son iki həftədə dünyada koronavirus xəstəliyi sabitləşib" - ÜST
ÜST-dən COVID-19-la bağlı açıqlama: Ardıcıl altı həftədir azalma var
ÜST: “Koronavirusa yoluxma və ölüm hallarının sayında azalma var”
ÜST-dən koronavirus mutasiyalarının təhlükəsi ilə bağlı XƏBƏRDARLIQ
Bir gündə 12 minə yaxın şəxs koronavirusdan öldü
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat