ABŞ vətəndaşı olan Devon Erikson 2019-cu ilin may ayında məktəbə hücum etdiyinə görə vaxtından əvvəl azad olunma imkanından məhrum edilməklə ömürlük həbs cəzasına məhkum edilib.
Bu barədə “The Denver Post” nəşri yazıb.
Müvafiq qərar Nebraska ştatının Duqlas dairə məhkəməsi tərəfindən verilib.
Məlumata görə, gənc oğlan məktəbdə bir nəfəri öldürmüş, 8 nəfəri isə yaralamışdı. Buna görə o, 1282 il müddətinə həbs cəzası alıb. Təhsil müəssisəsinə edilən hücumda onun əlbiri də iştirak edib.
2021-ci ilin iyununda ittihamçılar Eriksona qarşı sinif yoldaşı, 18 yaşlı Kendrik Kastilyonun öldürülməsi də daxil olmaqla təxminən 40 ittiham irəli sürüblər. O, həmçinin qəsdən adam öldürməyə cəhd, yandırma, oğurluq, məktəb ərazisində silah saxlamaq kimi 31 daha az ağır ittihamlar üzrə məhkum edilib. (apa)
ABŞ-da qatilə 1282 il həbs cəzası verildi
19
sentyabr
11:31

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər