Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvili tərəfdarlarını mübarizəyə çağırıb.
Eks-prezident yazdığı məktubda tərəfdarlarına çağırış edərək onları zülmkar, qeyri-qanuni rejimə qarşı tədbirlər görməyə səsləyib.
"Biz hakimiyyətin bu addımına bütün bölgələrdə seçicilərin müdafiəsi, seçicilərin rüşvət və hakimiyyət tərəfindən qorxudulması faktlarının toplanması, seçki komissiyalarında və məhkəmələrdə mitinqlərin təşkili kimi aktiv hərəkətlərlə cavab verməliyik", - deyə Saakaşvili məktubunda bildirib.
Qeyd edək ki, 8 il sonra Gürcüstana qayıdan M.Saakaşvili oktyabrın 1-də bəs olunub. Həmin gündən etiraz əlaməti olaraq aclıq aksiyasına başlayan eks-prezident, artıq 11 gündür ki, yeməkdən imtina edir. Həkimlər onun səhhətində ciddi problemlər yarandığını bildirib.
Qeyd edək ki, oktyabrın 14-də Gürcüstanda sabiq prezidentin azadlığa buraxılması tələbilə kütləvi etiraz aksiyası planlaşdırılır.
Gürcüstanda Saakaşvilinin çağırışı ilə kütləvi etirazlar başlayacaq
12
oktyabr
16:34

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat