Türk mediası xəbər verir ki, hadisə Antalyada xəstəxanalarda birində baş verib.
Daha sonra komaya düşən qadını həkimlər evə göndərmək istəsələr də həyat yoldaşı "Yeriyərək xəstəxanaya gəldi, yeriyərək də yola salın" - deyərək razı olmayıb.
O, həkimlərə qarşı iddia qaldıraraq onlardan şikayətçi olub. Onun sözlərinə görə, hadisə həkimlərin səhlənkarlığına görə baş verib:
"Dörd il əvvəl Səbina əməliyyat üçün xəstəxanaya gəldi. O zaman oğlumuz üç aylıq, qızımızın isə 2 yaşı var idi. İndi həyat yoldaşım 32 yaşındadır, övladımızın biri dörd, digəri isə 6 yaşındadır. Həyatımız cəhənnəmə dönüb. Əməliyyat zamanı Sabinənin dörd dəqiqə ürəyi dayandı. Həkimlər sağalacaq dedilər. Lakin daha sonra xəstəxananın başqa bir filialına göndərdilər. Uşaqlarımız evdə analarını gözləyirlər. Mən işləyirəm. Uşaqlara isə qohum-qonşu baxır. Həkimlər məni xəstəxanaya çağırıb onu polis müşayiəti ilə evə göndərməyi təklif etdilər. Lakin mən razı olmadım. Həyat yoldaşım oraya yeriyərək gəlmişdi, yeriyərək də yola salmalarını tələb edirəm" - deyə Rüstəm Abbas bildirib.
