Filippində COVID-19 qadağasını pozduğuna görə polisin 300 dəfə squat (çöməlmə) etmək cəzası verdiyi  Darren Manaoq Penaredondo həyatını itirib.
Darrenin həyat yoldaşı Reyçelin Bals onun ürəyində problem olduğunu və evə gələndə yeriməkdə çətinlik çəkdiyini bildirib.
Qadının sözlərinə görə, Penaredondonun ürəyi ağır məşqə tab gətirməyib və hadisənin sabahı əzələ dartılması nəticəsində ölüb.
Bildirək ki, Daxili İşlər Nazirliyi gəncin ölümü ilə bağlı istintaq başladıb.скачать dle 12.1