Gürcüstan Xarici İşlər Nazirliyi rəsmi Tbilisinin “3+3” regional məsləhətçi mexanizmində iştirakdan imtina etdiyini təsdiqləyib.
Bu barədə nazirliyin bəyanatında deyilir.
Sabah Moskvada Azərbaycan, Ermənistan, Rusiya, İran və Türkiyə xarici işlər naziri müavinləri səviyyəsində Cənubi Qafqazda sülh və sabitliyin təmin edilməsi platformasının ilk iclası keçiriləcək.
“Gürcüstanın Xarici İşlər Nazirliyi bu məsələ ilə bağlı son parlament dinləmələrində çıxış edən xarici işlər naziri də daxil olmaqla, “3+3” regional əməkdaşlıq təşəbbüsü ilə bağlı dəfələrlə dəqiq mövqe bildirib. Biz bu formatda iştirak etməyi düşünmürük və buna görə də Gürcüstan dekabrın 10-na planlaşdırılan görüşdə təmsil olunmayacaq”, - deyə bəyanatda deyilir.
Gürcüstan Moskva görüşündən imtina etdi
09
dekabr
17:45

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat