Keçirdiyi beyin qanamasından sonra xəstəxanaya yerləşdirilən və əməliyyat olunan aktyor Kadir İnanır 22 gündən sonra evə buraxılıb.
Xəstəxana çıxışında aktyor media nümayəndələrinin suallarını cavablandırıb. Binanın arxa tərəfindən özəl avtomobilinə otuzdurulan İnanırın yanında sevgilisi Jülide Kurak da yer alıb.
 
Pərəstişkarları saatlarla xəstəxana önündə dayanaraq Kadiri görməyə çalışıb. Onun maşından düşməməsi isə tənqid edilib.
Kadir İnanır "Küçə dar olduğu üçün belə bir hal yaşandı. Çox təşəkkür edirəm. Xəstəxanadakılar sağalmağım üçün əlindən gələni etdi" sözlərini söyləyib.
Kadir İnanır 22 gün sonra xəstəxanadan çıxdı - FOTOскачать dle 12.1