Əlahiddə Ümumqoşun Orduda taktiki-xüsusi təlim keçirilib. Təlimdə təxribata hazırlaşan şərti düşmənin hava hücumundan müdafiə sistemi sıradan çıxarılıb.
Əlahiddə Ümumqoşun Ordunun mətbuat xidməti xəbər verir ki, təlimin ssenarisinə əsasən xüsusi təyinatlı qruplara strateji obyektlərimizi və hava məkanımızı hədəf alan şərti düşmənin hava hücumundan müdafiə sisteminin məhv edilməsi tapşırığı verilib.
Tapşırığı almış xüsusi təyinatlı qruplar terrorçuların məskən saldığı yaşayış məntəqəsinə həmlə ediblər.
Terror fəaliyyətlərinin gücləndirilməsi üçün köməyə gələn şərti düşmənin şəxsi heyətlə dolu hərbi texnikaları pusquya salınaraq sıradan çıxarılıb.
Real döyüş şəraitinə maksimum yaxınlaşdırılmış şərtlərlə keçirilən təlimdə yaxın məsafəli döyüş elementləri yerinə yetirilib.
Şərti düşmənin hava hücumundan müdafiə sisteminin idarəetmə məntəqəsini və döyüş heyətlərini zərərsizləşdirən xüsusi təyinatlılarımız terror qruplaşmasının zenit-raket kompleksini partlayış üsulu ilə məhv ediblər.
Əlahiddə Ümumqoşun Ordu komandanı, general-polkovnik Kərəm Mustafayevin və Türkiyə Silahlı Qüvvələri mənsublarının izlədikləri təlimin sonunda şəxsi heyətin terrorla mübarizə vərdişləri yüksək qiymətləndirilib, təlimdə iştirak edən hərbi qulluqçulara qiymətli hədiyyələr təqdim olunub.
Əlahiddə Ümumqoşun Ordu şərti düşmənin texnikalarını məhv etdi - VİDEO
06
yanvar
18:22

Qarabağ
KOMMENTLƏR
Naxçıvanda xüsusi təyinatlıların təlimi keçirildi - VİDEO
Xüsusi təyinatlılarımız şərti düşməni məhv etdi - VİDEO
Naxçıvanda xüsusi təyinatlıların təlimi - VİDEO
Azərbaycan Ordusu Naxçıvanda xüsusi təyinatlılar və PUA-ların iştirakı ilə təlim keçib - FOTO
Ordumuzun təlimində şərti düşmənin hədəfləri zərərsizləşdirilib
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat