“Ermənistan Baş Prokurorluğu prezident Armen Sarkisyanın başqa ölkənin vətəndaşı olması ilə bağlı "Hetq” qəzetinin araşdırmasını Milli Təhlükəsizlik Xidmətinə göndərib”.
“Lurer” xəbər verir ki, bu barədə baş prokurorun müşaviri Qor Abramyan məlumat yayıb.
Onun sözlərinə görə, 2021-ci ildə Sarkisyanın ikili vətəndaşlıq faktının gizlədilməsi işi Ermənistan MTX-yə verilib və həmin ilin aprelində sənədlərin saxtalaşdırılması maddəsi ilə cinayət işi başlanıb. Araşdırmalar indi də davam edir.
Xatırladaq ki, “Hetq” qəzeti ötən gün araşdırma dərc edib. İddiaya görə, Armen Sarkisyan Ermənistan vətəndaşı olmaqla yanaşı, prezident vəzifəsinə seçilənə qədər başqa ölkənin vətəndaşı olub.
Sarkisyan Qəraib hövzəsində kiçik bir ölkənin - Britaniya protektoratı olan Sent Kitts və Nevis adalarının vətəndaşı olub.
Prezidentin Sent-Kits və Nevis pasportuna malik olması Sarkisyanın yazışmaları zamanı da təsdiqlənib.
Qeyd edək ki, Ermənistan Konstitusiyasına görə, prezident vəzifəsinə seçilmək üçün tələblərdən biri son 6 il ərzində yalnız Ermənistan Respublikasının vətəndaşı olmaq və son 6 ildə Ermənistanda daimi yaşamaqdır.
Ermənistan eks-prezidentinin ikili vətəndaşlığı olub
25
yanvar
20:37

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat