"Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Armen Sarkisyanın əmlakını yoxlamağa aylar əvvəl başlayıb".
Bu barədə "Hraparak" qəzeti yazıb. Nəşrin məlumatına görə, ictimaiyyət prezident Armen Sarkisyanın istefası ilə maraqlanır, lakin onun əmlaklarını dəqiq şəkildə bilən yoxdur:
""Gəlir bəyannamələrinin yoxlanılması və təhlili" olan Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Armen Sarkisyanın əmlakını yoxlamağa aylar əvvəl başlayıb. Axtarışlar nəticəsində prezident Sarkisyana bağlı bir şirkət Parisdə Yelisey meydanı yaxınlığında lüks malikanə alıb. Mülkin qiyməti 7,5 milyon avrodur. Həmçinin Ermənistan prezidenti İsveçrəyə də sərmayə yatırırmış. Bununla bağlı Komissiya İsveçrə şirkətindən sorğu alıb və orada prezidentin İsveçrədəki əmlakını və vəsaitlərini Ermənistanda bəyan edib-etməməsi ilə maraqlanıb. Komissiya prezidentin aparatına məktub yazıb, aydınlıq gətirmək istəsə də, cavab almayıb və bundan bir neçə gün sonra Armen Sarkisyan istefa ərizəsini təqdim edib. Maraqlısı budur ki, Korrupsiyaya Qarşı Mübarizə Komissiyası Armen Sarkisyanın başqa sərvətləri barəsində yazı dərc etməyib".
Sarkisyanın bu qiymətə lüks malikanəsi ortaya çıxdı
01
fevral
11:47

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat