Ukraynanın eks-prezidenti Petro Poroşenko Ukrayna Dövlət Sərhəd Xidmətinə (DSX) çağırılıb. Poroşenko Donbassdan kömür tədarükü ilə bağlı vətənə xəyanət işi üzrə dindirilməyə dəvət olunub. DSX-nin yaxınlığında jurnalistlər və hüquq-mühafizə orqanlarının əməkdaşları toplaşıb.