İranın Xuzistan ostanının mərkəzi Əhvaz şəhərində bir şəxs 17 yaşlı həyat yoldaşının başını kəsib, bunu küçədə insanlara nümayiş etdirib.
“Haberler” xəbər verir ki, 17 yaşlı gənc qız ərinin zorakılığından xilas olmaq üçün Türkiyəyə qaçıb.
Lakin o, atası və qardaşı tərəfindən tapılaraq yenidən İrana qaytarılıb.
Edama məhkum edilən qadının başı əri və qardaşı tərəfindən vəhşicəsinə kəsilib. Hadisədən sonra ər əlində həyat yoldaşının kəsilmiş başı ilə şəhəri dolaşıb.
Baş verənlərdən sonra qatil ər və qadının qardaşı polis orqanları tərəfindən saxlanılıb.
Qatilin şəhərdəki görüntülərini təqdim edirik:


скачать dle 12.1