Tanınmış kiprli türk iş adamı Halil Falyalı silahlı hücum nəticəsində həyatını itirib.
Bu barədə Türkiyə mediası məlumat yayıb.
Bildirilib ki, evinin yaxınlığında Halil Falyalı və həyat yoldaşının maşınlarının da olduğu konvoya silahlı hücum edilib.
Ağır yaralı olaraq xəstəxanaya çatdırılan H.Falyalının həyatını xilas etmək mümkün olmayıb. Onun sürücüsü hadisə yerində dünyasını dəyişib.
Hücum zamanı Falyalı ailəsinin başqa avtomobildə olduğu və həmin avtomobilə atəş açılmadığı bildirilib.
Qeyd edək ki, Halil Falyalı ötən ilin oktyabrında “quldurluq” və “məcburi saxlama” işi üzrə mühakimə olunaraq həbs edilmişdi. Girne Rayon Məhkəməsində qaldırılan iş təqibsizlik səbəbi ilə geri götürülərək Falyalı dekabrda azadlığa buraxılmışdı.
Xatırladaq ki, Falyalı 2016-cı ildən çirkli pulların yuyulması və narkotik ticarəti ittihamı ilə ABŞ tərəfindən axtarışa verilib. H.Falyalı Türkiyəli mafiyə lideri Sedat Pekərin videoları ilə gündəmə gəlmişdi. S.Peker onu narkotik ticarəti ilə məşğul olmaqda ittiham etmişdi./Manset.az
Sedat Pekərin adını çəkdiyi tanınmış türk iş adamı öldürüldü - Müəmmalı QƏTL
09
fevral
10:26

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat