Mütəşəkkil cinayətkarlıq təşkilatına rəhbərlik etməkdə ittiham olunan və xaricdən verdiyi açıqlamalarla gündəm yaradan Sedat Pekerin İstanbuldakı evinə silahlı hücum olub.
Sözcü xəbər verir ki, Sedat Pekerin İstanbulun Beykoz rayonanunda müsadirə olunan evinə səhər saat 09:30-da silahlı hücum olub. İddiaya görə, avtomobillə evin qarşısına gələn silahlı şəxslər evi atəşə tutublar.
Hücum zamanı Pekerin yaxın adamlarından olduğu iddia edilən Yılmaz Günay 3 güllə yarası alıb. Xəstəxanaya aparılan Günayın həyati təhlükəsinin olduğu deyilir.
Hadisə ilə bağlı araşdırma aparan İstanbul Polis İdarəsi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Şöbəsinin əməkdaşları hücumun Yılmaz Günayla problemi olan şəxslər tərəfindən həyata keçirildiyini qeyd ediblər.
Qeyd edək ki, siyasi mafiya əlaqələri və bürokratiyadakı korrupsiya iddialarını gündəmə gətirən Sedat Pekerin Türkiyədə bəzi təbəqələr tərəfindən öldürüləcəyi iddia edilib. Xaricdə yaşayan Pekerin Beykozdakı evinin olduğu ərazi ötən ay Milli Parklar Baş Müdirliyinə verilib.
Sedat Pekerin evinə silahlı hücum olub
14
sentyabr
15:27

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat