“Fevralın 16-da Rusiyanın Ukraynaya müdaxiləsi ehtimalı həmişə həddən artıq şişirdilib. Diqqət edilməli olan məsələ fevralın 20-dən qısa müddət sonra baş verəcəklərdir”.
Bu barədə “Politico” nəşri yazıb.
Nəşr öz mənbələrinə istinadən bildirir ki, 16 fevral diqqəti əsas hadisələrdən yayındırmaq üçün ortaya atılmış bir tarixdir:
“20 fevral Soyuq Müharibədən bəri ən böyük hərbi təlimin başa çatması üçün planlaşdırılan zamandır Bundan sonra Moskva və Minskdəki liderlər Rusiyanın qoşunlarının vətənə dönəcəyini vəd etdilər”.
Fevralın 20-si həm də Pekində keçirilən Qış Olimpiya Oyunlarının son günüdür. Bildirilir ki, bəzi fərziyyələrə görə Putin Çin liderini “xoşbəxt etmək” üçün bağlanış mərasimlərindən əvvəl “işğal”a başlamayacaq.
Nəşr yazır ki, bu fərziyyələrin doğru olma ehtimalı azdır. Çünki Rusiyanın 2008-ci ildə Gürcüstana hücumu məhz Pekin Yay Olimpiya Oyunları zamanı baş verib.
Bundan əlavə, məhz fevralın 20-si Ukrayna Prezidenti Vladimir Zelenski və ABŞ Dövlət katibi Entoni Blinkenin iştirakı ilə Münhen Təhlükəsizlik Konfransı başa çatacaq.
Qeyd edək ki, “Politico” nəşri daha əvvəl Rusiyanın fevralın 16-sı Ukraynaya hücum edəcəyi barədə məlumat yayıb.
“16 fevral diqqəti yayındırmaq üçün idi, hücum 20-si olacaq” - Politico
17
fevral
14:13

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər
- Səkilərdə masa-stul dövrü bitdi – Yeni təlimatla kafe sahiblərinə məhdudiyyət
- “Ayıb olsun, qiyməti 1 manatdan 5 manata qaldırmaq nə deməkdir?”- Aparıcı Mətanətdən Sumqayıt bulvarında qalxan qiymətlərə REAKSİYA
- Bu qurumun 1.2 milyonluq tenderi ləğv olundu
- Parkinq 5 manat oldu