Ukrayna prezidenti Vladimir Zelenski rus əsgərlərinə müraciət edərək bildirib ki, onlar Ukrayna ərazisini tərk etsələr, sağ qalmaq şansları var.
Qaynarinfo xəbər verir ki, o, bu barədə prezidentin Telegram kanalında yerləşdirdiyi videomüraciətdə bildirib.
Zelenski rus əsgərlərinə rus dilində müraciət edib:
"Rus əsgərləri! Sizin sağ qalmaq şansınız var. Demək olar ki, iki həftəlik müqavimətimiz sizə göstərdi ki, biz təslim olmayacağıq. Çünki bura bizim evimizdir, bunlar bizim ailələrimiz və övladlarımızdır! O vaxta qədər döyüşəcəyik. Biz torpaqlarımızı geri qaytarana və bütün öldürülənlərimizin qisasını alana kimi döyüşəcəyik. Öldürülən uşaqlarımızın da. Sizin hələ də xilas olmaq imkanınız var. Sadəcə çıxıb gedəcəyiniz halda..."
O, rus əsgərlərini komandirlərinə inanmamağa çağırıb.
"Komandirləriniz sizə Ukraynada hələ də şansınız olduğunu deyəndə inanmayın. Burada sizi yaxşı heç nə gözləmir. Əsirlikdən, ölümdən başqa. Siz bizim canımızı alıb öz canınızı verirsiniz. Və biz bilirik ki, komandirləriniz hər şeyi başa düşürlər. Biz bu müharibəni bitirməliyik. Sülhə qayıtmalıyıq. Evlərimizi tərk edin, evinizə qayıdın", - Zelenski vurğulayıb.
Zelenski rus əsgərlərinə müraciət etdi: “Sağ qalmaq şansınız var” - VİDEO
09
mart
15:19

Qarabağ
KOMMENTLƏR
"Son əsgərimizə qədər döyüşəcəyik" - Zelenski
Zelenski əsirlikdən qaytarılan ukraynalıların sayını açıqladı
“Donbas hələ də işğalçılar üçün bir nömrəli hədəfdir“ - Zelenski
"Kiyev Moskva ilə danışıqlara hazırdır, lakin.."- Zelenski
Zelenski Gürcüstan xalqına müraciət ünvanlayıb: “Biz sizə kömək edəcəyik!”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat