"Ötən gün Ukrayna Avropa İttifaqına üzvlüyə namizəd statusu alıb. Siz bu yoldasınız. Addımlayın, biz sizə kömək edəcəyik!”.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Tbilisidə keçirilən mitinq iştirakçılarına videomüraciətində deyib.
O, Ukraynanın heç vaxt təslim olmayacağını bildirib: "Abxaziya və Cənubi Osetiya sizin olduğu kimi, Donbas və Krım da bizim torpağımızdır. Bizim döyüşçülərlə birlikdə ruslara qarşı vuruşan Gürcüstan övladlarına minnətdaram. Onların uğuru bizim ümumi uğurumuz, onların yarası bizim yaramızdır. Bizim qələbəmiz isə onların hər birinin, eləcə də sizin hər birinizin qələbəsi olacaq”.
Mitinq iştirakçılarına Ukraynanın hakim "Xalqın xidmətçisi” Partiyasının Ali Radadakı deputat fraksiyasının rəhbəri David Araxamiya da müraciət edib. O deyib ki, Ukrayna və komandası Gürcüstanın böyük Avropa ailəsinə qoşulması üçün əlindən gələn hər şeyi edəcək: "Bu gün dərk etmək çox ağırdır ki, bütün gürcülər bir oliqarxın girovuna çevrilib. Onun ailə üzvləri Avropa İttifaqında yaşayır. Gürcülər isə şanslarını itirirlər və bu gün gözləməlidirlər. Ümid edirəm ki, gürcülər hökumətlərinin hərəkətlərini düzgün qiymətləndirəcəklər”./report
Zelenski Gürcüstan xalqına müraciət ünvanlayıb: “Biz sizə kömək edəcəyik!”
25
iyun
11:33

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat