Hər dəqiqədə 55 ukraynalı uşaq qaçqın olur.

Bloomberg bildirir ki, fevralın 24-də Rusiyanın Ukraynaya qoşun yeritməsindən bəri 1,5 milyon ukraynalı uşaq ölkəni tərk edib. Hər gün 75 min ukraynalı uşaq qaçqına çevrilir.

Uşaqların əksəriyyəti Ukraynanın qərbinə tərəf valideynləri və ya qohumları ilə birlikdə üz tutur.
BMT ekspertlərinrin dediklərinə görə, bu, İkinci Dünya Müharibəsindən üzübəri misli-bərabəri olmayan qaçqın axınıdır.