Qara Dənizdə batan Rusiyaya məxsus “Moskva” kreyserinin batmazdan əvvəl lentə alınmış görüntüləri yayılıb.
“Voennıy Osvedomitel” teleqram kanalı kreyserin kadrlarını dərc edib.
Qeyd edək ki, aprelin 13-də Odessa Vilayət Hərbi Administrasiyasının sədri polkovnik Maksim Marçenko Ukrayna hərbçilərinin Rusiyanın “Moskva” kreyserini “Neptun” qanadlı raketləri ilə vurması barədə məlumat yayıb. Rusiya tərəfi isə gəminin daxildə baş verən yanğın səbəbindən zərər gördüyünü bildirib.



скачать dle 12.1