Rusiya FSB sərhəd xidmətinin Sahil Mühafizəsinə məxsus 22460 layihəli "Rəsul Qəmzətov" patrul gəmisini itirib.
Bu barədə “Defence Express” məlumat yayıb.
Bildirilir ki,  gəmi daxili suların (Volqa-Don kanalı) Xəzərdən Azov dənizinə keçməsi zamanı zədələnib.
"Patrul gəmisini hərəkətə gətirən yedək gəmisi gəminin pərvanə-sükan qrupunun elementlərini zədələyib - valların sol xətti sıradan çıxıb, sol pərvanənin qanadı əyilib", - deyə məlumatda qeyd olunub.  
Qeyd edək ki, gəmi 30 noyabr 2021-ci ildə istismara verilib.
Bundan əlavə aprelin 13-də Qara Dəniz Donanmasının “Moskva” kreyserinin flaqmanı “Neptun” kompleksindən iki raketlə vurulub. Aprelin 14-də axşam saatlarında kreyserin batdığı məlum olub.
Aprelin 20-də Ukrayna hərbçiləri Qara dəniz zonasında düşmən gəmisinin batması zonasında axtarış əməliyyatlarını qeydə alıblar.
скачать dle 12.1