Aprelin 18-dən 19-na keçən gecə rus əsgərləri Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonuna hücum ediblər.

UNİAN bildirir ki, bu barədə Krivoy Roq hərbi administrasiyasının rəhbəri Aleksandr Vilkul məlumat verib.

"Gecə ruslar Krivoy Roq rayonunun yaşayış məntəqələrini: Zelenodolsk, Maryanskoe, Velika Kostromka və başqalarını (Dnepropetrovsk və Zaporojye vilayətləri arasında inzibati sərhədə yaxın) çoxsaylı reaktiv raket sistemlərindən və top artilleriyasından kütləvi şəkildə atəşə tutublar", - o deyib.

Vilkulun sözlərinə görə, əhali arasında tələfat yoxdur, lakin fərdi evlər və bir mənzil sahəsi dağılıb.

Daha əvvəl Vilkul bildirib ki, Krivoy Roq və Dnepropetrovsk vilayətində vəziyyət sabitdir: "Dnepropetrovsk vilayətinin Krivoy Roq rayonu ərazisində düşmən yoxdur. Cəbhə artıq Xerson vilayətindən keçir".

O, aydınlaşdırıb ki, düşmən mövqelərini itirsə də, atəşə tutmaqda davam edir, beynəlxalq müqavilələrdə qadağan olunmuş sursatlardan, o cümlədən kasetli sursatlardan istifadə edir.
скачать dle 12.1