Ötən gecə Rusiya Silahlı Qüvvələri Krivoy Roq şəhərinə dronlarla hücum edib, 26 yaşlı gənc yaralanıb.
Ukrayna mətbuatı xəbər verir ki, bu barədə Dnepropetrovsk vilayətinin Hərbi Administrasiyasının rəhbəri Sergey Lısak məlumat verib.
Onun sözlərinə görə, hücum nəticəsində ümumilikdə 360 kvadratmetr ərazini əhatə edən iki yanğın baş verib. Hər iki yanğın söndürülüb.
Bundan başqa, bir neçə anbar dağıdılıb, 7 avtomobilə ziyan dəyib.

скачать dle 12.1