Avstriya bu gündən xarici turistlər üçün peyvənd sertifikatı da daxil olmaqla, koronavirusla bağlı bütün məhdudiyyətləri ləğv edəcək.
"Austria Info" xəbər verir ki, bu barədə ölkənin rəsmi turizm portalı məlumat verib.
İctimai yerlərə, o cümlədən restoranlara, barlara və muzeylərə daxil olmaq üçün peyvənd sertifikatı, maska və ya test tələb olunmur.
Lakin tibb müəssisələrində, supermarketlərdə və ictimai nəqliyyatda maska məcburiyyəti qalır.
скачать dle 12.1