Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, yaxın keçmişdə Böyük Britaniyada həkimlər çiçək xəstəliyinə qarşı dərman olan "tecomvirimat”la meymunçiçəyinə yoluxma halını müvəffəqiyyətlə aradan qaldırıblar.
Alimlərin elmi araşdırmalarının nəticələri "Lancet” jurnalında dərc olunub.
"Həmkarlarımız meymunçiçəyinə yoluxmanın köklərini və virusun necə yayıldığını müəyyənləşdirməyə çalışarkən, bu xəstəliklə mübarizə üçün keçmişdə hansı dərmanların istifadə olunduğu ilə maraqlanıb", - jurnalın mətbuat xidməti Liverpul (Böyük Britaniya) Universitetinin elmi işçisi Xyu Adlerdən sitat gətirib.
Belə məlumatları əldə etmək üçün Adler və həmkarları Böyük Britaniyanın bütün regionlarında təhlükəli yoluxucu xəstəliklərin öyrənilməsi üzrə ixtisaslaşmış mərkəzlər (HCID) tərəfindən son beş il ərzində toplanmış məlumatları təhlil ediblər. Ümumilikdə, mərkəzlərin mütəxəssisləri 2018-2021-ci illər arasında baş verən meymunçiçəyi virusuna yoluxma hallarının yeddisini qeydə alıblar.
Xəstəlik tarixinin sonrakı təhlili göstərib ki, həkimlər meymunçiçəyini iki dərman - "brinsidofovir” və "tecomvirimat” ilə müalicə etməyə çalışıblar. Birincisi "suçiçəyi" ilə mübarizə aparmaq üçün yaradılıb, ikincisi isə dünyada çiçək virusunun çoxalmasının qarşısı ala bilən ilk dərmandır.
Qeyd edək ki, son günlər Böyük Britaniyadan başqa dünyada Avstraliya, Belçika, Almaniya, İspaniya, İtaliya, Kanada, Portuqaliya, ABŞ, Fransa, İsveçrə, BƏƏ və İsveçdə də meymunçiçəyinə yoluxma halları qeydə alınıb.
Meymunçiçəyi virusunu zərərsizləşdirən dərman tapılıb
25
may
11:57

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat