“Müharibəyə son qoymağın yeganə yolu Rusiyaya qarşı güc tətbiq etməkdir”.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Böyük Britaniyanın xarici işlər naziri Liz Trass deyib.
“Rusiyanı cilovlamaq mümkün deyil. Buna ancaq güc yolu ilə nail olmaq mümkündür. Biz Ukraynada uzanan və getdikcə daha ağır nəticələrə səbəb olan savaşın qarşısını almalıyıq”, - o söyləyib.
Diplomat bildirib ki, Qərb Rusiyanın Gürcüstanın bir hissəsini, Krımı və Donbası işğal etməsindən tarixi dərs götürməlidir: “Biz Ukraynanın qələbəsini təmin etməkdən ötrü Rusiyaya sanksiyalar tətbiq etməkdə amansız olmalıyıq. Həmçinin Kiyevə hərbi yardımları davam etdirməliyik”.
Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynanın bütün torpaqlarını işğaldan azad edənədək qarşı tərəflə mübarizə aparacağını vurğulayıb.
“Müharibəyə son qoymağın yeganə yolu Rusiyaya qarşı güc tətbiq etməkdir”
27
may
01:16

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat