“Biz optimistik, çünki biz Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanmasını həqiqətən istəyirik. Həqiqətən də, bu ərazidə qonşuların dinc yaşaması olmadan təkcə bizim üçün deyil, bu regionun bütün ölkələri üçün irəli getmək mümkün deyil. Mən Türkiyə, İran, Azərbaycan, Gürcüstan və Ermənistanı nəzərdə tuturam”.
Bunu Ermənistan Prezidenti Vaaqn Xaçatryan DW-yə müsahibəsində Brüsseldə üçtərəfli danışıqlarla bağlı sualı cavablandırarkən deyib.
Onun sözlərinə görə, Ermənistan regionda dinc yanaşı yaşamaq üçün imkanlar tapmalıdır: “İndi bu realdır, xüsusən də vasitəçilər olduğu üçün. Biz bu imkanlardan istifadə etməliyik”.
V. Xaçatryan xatırladıb ki, bu, Prezident İlham Əliyevlə Baş nazir Nikol Paşinyan arasında üçüncü görüşdür və bu, Aİ-nin Ermənistanla Azərbaycan arasında sülh haqqında sənədin imzalananması məsələsini başa çatdırmaq istədiyinə ümid verir:
“Əlbəttə, bu, çətin yol olacaq, çünki münaqişə 1990-cı illərdən davam edir. Amma əsas odur ki, hər iki tərəfdə istək var və hər iki tərəfin razılığa gəlməsinə kömək etmək istəyənlər var. Sülh müqaviləsi imzalanandan sonra birgə, dinc yaşama erası başlamalıdır”.
Ermənistan Prezidenti Azərbaycanla sülh barədə danışdı
27
may
20:46

Qarabağ
KOMMENTLƏR
İlham Əliyevlə Paşinyan yaxın zamanda Brüsseldə görüşə bilər
"Bakı ilə İrəvan arasında sülh danışıqları regionun maraqlarına uyğundur" - Qaribaşvili
"Sülh müqaviləsi bu halda reallaşacaq" - Paşinyan
“Ermənistan və Azərbaycan arasında sülh sazişi hələ hazır deyil” - Paşinyan
Gürcüstan Prezidenti: “Azərbaycan-Ermənistan danışıqlarının sülhlə davam edəcəyinə ümid edirik”
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat