Madrid Rusiya təhlükəsinə cavab olaraq ölkənin sabitliyini və təhlükəsizliyini təmin etmək üçün hərbi xərclərini artıracaq. Bu barədə İspaniyanın Baş naziri Pedro Sançes ölkəsinin NATO-ya üzvlüyünün 40 illiyinə həsr olunmuş tədbirdə bildirib.
"Mən ispanlara çatdırmağa çalışıram ki, biz səy göstərməliyik, çünki azadlıq və demokratiya kimi cəmiyyətimizin ən mühüm və fundamental aspektləri təhlükə altında olduğu halda təmkin və hərəkətsizliyin əvəzi daha yüksəkdir”, – deyə Sançes qeyd edib.
Onun sözlərinə görə, Rusiyanın Ukraynaya müdaxiləsi ilə Aİ və İspaniya təhlükəsizliyi qorumaq və "müəyyən gələcək” qurmaq üçün birliyin mühüm olduğunu anladılar.
İspaniyanın hərbi xərcləri hazırda ÜDM-in 1,03%-ni təşkil edir və Sançes hökumətin 2024-cü ilə qədər bu rəqəmi iki dəfə artırmağı planlaşdırdığını vurğulayıb.
Mənbə: Yevropeyskaya pravda
İspaniya Rusiyaya görə hərbi xərclərini ikiqat artıracaq
01
iyun
07:46

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat