İspaniyanın baş naziri Pedro Sançes Ukraynaya dəstək üçün Avropa İttifaqının uzunmüddətli birliyinin zəruriliyini vurğulayıb.
O, bu barədə Davosda keçirilən Dünya İqtisadi Forumu zamanı CNN telekanalına müsahibəsində bildirib.
"Onlar (ukraynalılar - red.) bütün Avropa İttifaqının həmrəyliyini, empatiyasını və öhdəliyini hiss etməlidirlər. Nə qədər lazımdırsa, biz ukraynalıların yanında olacağıq", - deyə İspaniyanın baş naziri bildirib.
Daha əvvəl Sançes forumda nümayəndələrə deyib ki, Aİ "Putinin bizim ölkələrə səpdiyi çürük toxumlarla mübarizə aparmalıdır" .
Onun sözlərinə görə, Avropada Putinə simpatiyalarını və əlaqələrini gizlədən müttəfiqlər var. Buna görə də Putinin Aİ-ni daxildən dağıtmasının qarşısını almaq lazımdır.
скачать dle 12.1