Erməni tarixçi, Ermənistan Milli Elmlər Akademiyasının müxbir üzvü, İrəvan Dövlət Universitetinin keçmiş rektoru Aram Simonyan 68 yaşında ölüb.
Ermənistan KİV xəbər verir ki, Simonyan bu gün, iyunun 8-də dünyasını dəyişib. O, uzun müddət bir sıra xəstəliklərdən əziyyət çəkib.
Simonyan. 2000-2006-cı illərdə İrəvan Dövlət Universitetinin prorektoru, 16 may 2006-cı ildən 23 may 2019-cu il tarixədək rektoru vəzifəsində çalışıb.
Aram Simonyan universitetin maliyyə vəsaitlərini mənimsəməkdə ittiham olunub. İstintaqın məlumatına görə, 2015-ci ildə rektor postunu tutan Simonyan universitetin maliyyə fəaliyyətini idarə etmək və 50 milyon dram (100 min dollardan çox) məbləğində müqavilələr bağlamaq səlahiyyətinə malik olub. O, universitetin vəsaitindən 34,3 milyon dram (təxminən 70 min dollar) xərcləyib. Eks-rektorun özü isə ittihamı rədd edib.
Aram Simonyan erməni tarixçi kimi Azərbaycan əleyhinə hədyanları ilə də yadda qalıb./Modern.az
Azərbaycan əleyhinə hədyanlar danışan erməni tarixçi öldü
08
iyun
13:12

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər