9 iyun 2022-ci il tarixində Hindistanın ölkəmizdəki səfiri Bavitlung Vanlalvavna Xarici İşlər Nazirliyinə çağırılıb.
XİN-dən verilən məlumata görə, görüşdə Hindistanın hakim partiyasının rəsmiləri tərəfindən İslam dininə qarşı və Məhəmməd peyğəmbər ilə bağlı təhqiramiz ifadələr işlədilməsinin qəbuledilməz olduğu bildirilib.
Hindistan rəsmilərinin sərgilədiyi islamofob mövqeyin bütün dünya müsəlmanlarının hissiyatına toxunduğu qeyd edilib və Azərbaycanın bu davranışı qınadığı Hindistan səfirinin diqqətinə çatdırılıb.
Bu kimi halların, müxtəlif dinlərdən olan insanların sülh şəraitində birgə yaşayışına xələl gətirdiyi qeyd olunub. Sözügedən rəsmilərə qarşı Hindistan hökuməti tərəfindən sərt tədbirlərin görülməsinin gözlənildiyi ifadə edilib.
Hindistan səfiri Xarici İşlər Nazirliyinə ÇAĞIRILDI
09
iyun
12:33

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat