İyunun 13-dən 14-nə keçən gecə tanınmış yunan jurnalisti Aris Portosaltenin evinin girişi yaxınlığında əldəqayırma partlayıcı qurğu işə salınıb.
Xarici media bildirir ki, bu barədə jurnalistin işlədiyi “Skai” telekanalı xəbər yayıb.
Hadisə gecə saat 3 radələrində baş verib. Cinayətkarlar dörd qaz patronundan ibarət partlayıcı qurğu yerləşdirib, onlardan üçü partlayıb. Telekanal xəbər verir ki, partlayış binanın girişinə ziyan vurub və kiçik yanğına səbəb olub.
“Faciə odur ki, bizdə terror var. Təəssüf ki, Yunanıstanda terrorizm var”, – Portosalte kanalın efirində deyib.
“10 ildən artıqdır ki, öz fikrimi söylədiyim üçün təqib olunuram”, –jurnalist bildirib.
Onun sözlərinə görə, eyni evdə daha 7 ailə yaşayır.
“Skai” hökumətyönlü telekanaldır və hakim Yeni Demokratiya Partiyasının fikirlərini ifadə edir. //lent.az
Tanınmış jurnalistin evində bomba PARTLADILDI
14
iyun
15:16

Qarabağ
KOMMENTLƏR
- Mədəni sərvətlərə vahid qaydada pasport veriləcək
- "Lukoil"da kartla ödənişlərdə problem yarandı
- “Limak Kargo” bağlamamı itirib, pulumu qaytarmır, “səsini kəs” deyirlər – ŞİKAYƏT
- “Ona 900 min dolların qarşılığında 2-3 milyon dollar vermişəm”
- Həbsdə olan MTK rəhbərindən “Atlant”ın sahibinə: 30 il qulun olmuşam
- “Melissa Group”un vətəndaşın başına uçurduğu ev sökülür
- Saleh Məmmədov Zülfüqar Xəlilovu vəzifəsindən azad etdi
- Pentensiar xidmətdə rəisin qəbulunda məhbus anasının ürəyi getdi,yerə yıxıldı-VƏZİFƏLİ ŞƏXSLƏR ƏLƏ SALIB GÜLDÜLƏR,ARTİSTLİK EDİR DEDİLƏR....