Rusiyada Daxili İşlər Nazirliyinin istintaq idarəsinin binası yaxınlığında partlayıcı qurğu aşkar edilib.
Xarici KİV xəbər verir ki, hadisə Tomsk vilayətində baş verib. 
Məlumata görə, qurğu yanvarın 12-də Kirovskaya küçəsindəki idarə binasının qapısında tapılıb. 
Hadisə yerinə gələn istehkamçılar kustar üsulla hazırlanmış qurğunun təhlükəsiz olduğunu aşkarlayıb. 
Hazırda polis qurğunu yerləşdirən şəxsin kimliyini müəyyənləşdirir.
скачать dle 12.1