İranın İslam İnqilabı Keşikçiləri Korpusu ("Sepah") Kəşfiyyat Xidmətinə yeni rəhbər təyin olunub.
Bu barədə "Sepah" bəyanat məlumat yayıb.
İİKK-nin sözçüsü və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri, general Ramazan Şərif bildirib: "İnqilab Keşikçiləri Korpusunun baş komandanı general-mayor Hüseyn Səlaminin əmri ilə briqada generalı Məhəmməd Kazemi Kəşfiyyat Xidmətinə rəhbər təyin edilib".
Eyni zamanda, Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri Hüseyn Taeb general Hüseyn Səlaminin əmri ilə "Sepah" baş komandanının müşaviri təyin olunub.
R. Şərif, həmçinin xatırladıb ki, Kəşfiyyat Xidmətinin yeni rəhbəri uzun illərdir ki, xidmətin mühafizə təşkilatının rəhbəri vəzifəsində çalışıb, təhlükəsizlik və kəşfiyyat məsələlərində böyük təcrübəyə malikdir.
“Sepah“ın kəşfiyyat rəhbəri dəyişdi
24
iyun
01:17

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat