Ukraynaya Aİ-yə namizəd statusunun verilməsi barədə qərar hətta Putinin bunkerində də eşidiləcək.
Bunu Ukrayna Ali Radasının sədri Ruslan Stefançuk xalqa müraciət edərkən deyib.
"Aİ-yə namizəd statusu yetkin demokratik Avropa cəmiyyəti olmaq yolunda Sizinlə əldə etdiyimiz nailiyyətlərin tanınmasıdır".
Şura sədri hesab edir ki, bu, güclü siyasi mesajdır. Bunu səngərdəki əsgərlər də, müharibədən xaricə qaçmağa məcbur olmuş hər bir ailə, qələbəmizi yaxınlaşdırmağa kömək edən hər kəs eşidəcək.
"Onu bunkerdə də eşidəcəklər. Biz coğrafiyanı dəyişə bilmərik. Rusiya bizim qonşumuz olmağa davam edəcək. Lakin bu qərar tarixi dəyişdi. Və bu halda tarix coğrafiyaya qalib gəlib", - Stefançuk bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski də namizəd statusunun alınmasını Ukrayna ilə Aİ münasibətlərində ciddi addım adlandırıb.
Xatırladaq ki, iyunun 23-də Avropa Parlamenti Ukrayna və Moldovaya Avropa İttifaqına üzv olmaq üçün namizəd statusunun verilməsini dəstəkləyən qətnamə qəbul edib.
Ukrayna Ali Radasının sədri Putinə səsləndi
24
iyun
13:35

Qarabağ
KOMMENTLƏR
Poroşenko Putini uşaq şeiri ilə ƏLƏ SALDI - VİDEO
Avropa Parlamenti Ukrayna və Moldovanın Aİ-yə üzvlüyünü dəstəklədi
Ukrayna və Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləyən qətnamə qəbul edildi - YENİLƏNİB
"Ukraynaya namizəd ölkə statusunu verəcəyik" - Mişel
Ukraynaya namizəd statusu "təcili" verilməlidir
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat