Ötən həftə ölkənin qərbindəki Narada çıxışı zamanı 41 yaşlı Tetsuya Yamaqami tərəfindən əl istehsalı silahla vurulan və aparıldığı xəstəxanada dünyasını dəyişən Abenin bu gün dəfn mərasimi keçirilib.
Sui-qəsd nəticəsində ölən Abe qara cənazə maşını ilə aparılıb. Minlərlə insan 67 yaşında dünyasını dəyişən Abeni yad etmək üçün yolun kənarından keçən maşını izləyib.