Rusiyanın Əməkdar artisti Qriqori Leps "Ласковый май" qrupunun solisti, mərhum müğənni Yuri Şatunovun repertuarından olan bəzi mahnıları ifa etmək hüququnu almaq istəyir.
Axsam.az xəbər verir ki, ifaçı bildirib ki, hansı mahnının potensial hitə çevriləcəyini təxmin etmək sənətçi üçün çox çətindir və insan ömrü boyu belə əsər axtara bilər:
"Bu, "Ласкового мая"ın "Ağ qızılgüllər"inə bənzəyir. İndi belə bir əsər tapmaq... Onu əldə etmək üçün külli miqdarda pul verərdim. Yuri Şatunovun ifasında mahnıları əldə etmək fikri mənasız deyil. İfa haqqını əldə edəcəyəmmi bilmirəm, amma bu mahnılar bazamda olsun deyə alardım. Bəlkə onları özünəməxsus şəkildə şərh edən gənc ifaçı tapılacaq və mahnı yeni həyat tapa biləcək".
Leps əlavə edib ki, özü çətin ki, bu bəstələri ifa etsin. Çünki o, yaşı ilə əlaqədər mahnıları Şatunovun tərzində oxumasını özü üçün qəribə hesab edir.
"Bunun üçün külli miqdarda pul verərdim"
12
iyul
16:35

Qarabağ
KOMMENTLƏR
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat
- İlham Əliyev Tokayevi təbrik etdi
- Sənədsiz evlərdə yaşayanlara sevindirici xəbər