ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib ki, Rusiya Prezidenti Vladimir Putinin səhhətinin qeyri-sabit və ya pis olduğuna dair heç bir kəşfiyyat məlumatı yoxdur.
Aspen Təhlükəsizlik Forumunda çıxış edən Uilyam Börns Putinin çox sağlam göründüyünü və onun xəstəliyini sübut edəcək heç bir dəlil olmadığını deyib.
"Prezident Putinin səhhəti ilə bağlı çoxlu şayiələr var və deyə bildiyimiz budur ki, o, tamamilə sağlamdır”, - bildirib.
Əvvəllər ABŞ-ın Rusiyadakı səfiri postunda çalışmış Börns qeyd edib ki, o, 20 ildən artıqdır Rusiya liderini müşahidə edir:
"Putin əmindir ki, Rusiyanın lideri kimi onun taleyi Rusiyanı böyük dövlət kimi bərpa etməkdir. O hesab edir ki, bunun əsas yolu Rusiyanın qonşuluğunda təsir dairəsini yenidən yaratmaqdır və Ukraynaya nəzarət etmədən buna nail ola bilməz”.
Uilyam Börns: “Putin tam sağlamdır”
21
iyul
14:21

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat