Qazaxıstanın paytaxtı Nur-Sultan şəhərindƏ iyulun 23-də koronavirusla bağlı vəziyyətin pisləşməsi və şəhərin epidemioloji vəziyyətin orta riskli (“sarı zona”) zonasına daxil olması ilə əlaqədar karantin məhdudiyyətləri tətbiq edib.
Bu barədə iyulun 21-də Nur-Sultan şəhərinin baş dövlət sanitar həkimi Sərxat Beysenova müvafiq qərar imzalayıb.
“Beş yaşınadək uşaqlar istisna olmaqla, insanların sıx toplaşdığı yerlərə (avtovağzallar, ticarət və əyləncə mərkəzləri, ticarət evləri, qapalı bazarlar, konsert salonları, teatrlar, kinoteatrlar, əhaliyə xidmət mərkəzləri, banklar, stadionlar və digər idman obyektləri) səfərlər zamanı, habelə şəhər ictimai nəqliyyatında səyahət edərkən tibbi maskaların taxılması tövsiyə edilsin”-deyə, sənəddə qeyd olunur.
Həmçinin, sanitar həkim 10-dan çox insanın iştirak etdiyi görüşləri uzaq formata keçirməyi tövsiyə edir. Təşkilat rəhbərləri hamilə qadınların, koronavirusa qarşı peyvənd üçün mütləq əks göstərişi olan işçilərin, habelə COVID-19-a yoluxmuş şəxslərlə təmasda olan şəxslərin distant iş formatına keçirilməsini təmin etməlidirlər. Təhsil təşkilatlarına qrupların və siniflərin birləşməsi ilə tədbirlərin keçirilməsini istisna etmək tövsiyə olunur.
Paytaxtda koronavirusun “omikron” və “stels-omikron” ştammları üstünlük təşkil edir, hər gün 640-a yaxın yeni yoluxma halı aşkarlanır.
Bu şəhərdə COVID-19-la bağlı məhdudiyyətlər qoyuldu
23
iyul
10:11

Qarabağ
KOMMENTLƏR
Azərbaycanda karantin rejimi yumşaldıldı
Oktyabrın 1-dən fəaliyyətə başlayacaq obyektlərə DİN-dən XƏBƏRDARLIQ
Maska taxılmaması və səhv taxılmasına görə cərimələr tətbiq olunub
Türkiyənin 81 vilayətində koronavirusla bağlı yeni məhdudiyyətlər tətbiq edilib
İri ticarət mərkəzləri və “Mall”lar işləyəcək?
- İlham Əliyev Azərbaycan xalqını təbrik etdi
- "Laçının "Mədəniyyət Paytaxtı" elan edilməsi ilə əlaqədar Tədbirlər Planı təsdiqləndi" - Əli Əsədov
- Lisey və gimnaziyalara şagird qəbulu üzrə imtahan cədvəli açıqlandı
- Kolleclərə qəbul üçün qabiliyyət imtahanlarına qeydiyyat başlayır
- Rusiya Britaniya Şurasının fəaliyyətini arzuolunmaz elan edib
- "Rusiya atəşkəsə razı olsaydı, “Hörümçək toru” olmayacaqdı" - Zelenski
- Onların ABŞ-yə girişi qadağandır! - Trampdan qərar
- Rusiya XİN Zelenskinin bu iddialarını əsassız adlandırdı
- “Qardaşımı “İstanbul NS” klinikasının həkimləri öldürdü…” – Şikayət
- Azərbaycanda növbəti torpaq hərracları elan edildi